ABŞ-dan Azərbaycana 10 minaaxtaran it çatdırılıb

Avqustun 23-də 10 minaaxtaran it ABŞ-ın Marşal İrsi İnstitutu (Mİİ) tərəfindən Azərbaycana çatdırılıb. Bu barədə ANAMA məlumat verib.

2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 minaaxtaran itin göndərilməsi nəzərdə tutulur.

ANAMA-nın sədri Marşal İrsi İnstitutunun prezidenti ilə Bakıda avqustun 26-da Anlaşma Memorandumu və müqavilə imzalayacaq. Daha sonra Mİİ nümayəndələri Füzulidə minaaxtaran itlərin təlim mərkəzini də ziyarət edəcəklər. Ziyarətin məqsədi Qarabağın minalardan təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır.

ANAMA ilə Mİİ arasında əməkdaşlıq 2005-ci ildən başlayıb. Bugünədək ABŞ tərəfindən Azərbaycana 36 minaaxtaran və 4 partlayıcı axtaran it hədiyyə edilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “ABŞ-dan Azərbaycana 10 minaaxtaran it çatdırılıb”

Tövsiyə xəbərlər