TÖVSİYƏ XƏBƏRLƏR

Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Abşeronda iki nəfər dəm qazından zəhərlənib. Bu barədə 3 mart tarixində Report məlumat verib.

Məlumata əsasən, hadisələr Saray və Hokməli qəsəbələrində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Saray qəsəbə sakini və 2007-ci il təvəllüdlü Hökməli qəsəbə sakini yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktlarla bağlı araşdırma aparılır.