Abşeronda kişi arvadını “Tik-Tok” sosial şəbəkəsindən istifadə etdiyinə görə döyüb. Bu barədə Report aprelin 7-də xəbər yayıb.
Bu, Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub. Hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü kişi həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının Tik-Tok-dan istifadə etməsi olub.
Daha sonra o, arvadının başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla vurub. Qadının şikayətindən sonra kişi saxlanılıb və onun barəsində “qəsdən sağlamlığa yüngül zərər vurma” maddəsilə ittiham irəli sürülüb.
Məhkəmədə elan edilib ki, hazırda tərəflər barışıb, zərərçəkmişin ərinə qarşı heç bir şikayəti və tələbi yoxdur. O, məhkəmədən işin xitam olunmasını xahiş edib.