TÖVSİYƏ XƏBƏRLƏR

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək

ABŞ nümayəndəsi martın 29-da Azərbaycana gələcək. Bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb.

Amerikanın dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Mişel Sison 22 mart – 7 aprel tarixlərində ölkəmizlə yanaşı, Madaqaskar, Cənubi Afrika, Mavriki, Monqolustan, Vyetnam, Tailand və Laosa da səfər edəcək.

“Dövlət katibinin köməkçisi səfəri zamanı mövcud və potensial çoxtərəfli əməkdaşlıq sahələrini, həmçinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi daxil olmaqla transmilli çağırışlarla bağlı müzakirələr aparacaq. Dövlət katibinin köməkçisi Sison, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də təşviq edəcək”, – deyə Dövlət Departamentinin məlumatında qeyd olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx