ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Gevara Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bu haqda bu gün, 31 dekabr tarixində ABŞ səfirliyinin “Facebook” hesabında paylaşım edilib.
“Bakıda olduğum qısa zamanda Azərbaycan xalqının mehribanlığı və qonaqpərvərliyi məni heyran edib. 2023-cü ildə Azərbaycan mətbəxi, adətləri, mədəniyyəti haqqında daha çox öyrənməyə ümid edirəm. ABŞ-nin Azərbaycandakı səfirliyinin kollektivi adından hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm”, – deyə diplomat təbrik videomüraciətində bildirib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 🇦🇿 və Yeni 2023-cü İl münasibətilə bayram plovumuz hazırdır.
Plat festif des azerbaïdjanais “plov” est prêt à l’occasion de la journée mondiale de la Solidarité des Azerbaïdjanais 🇦🇿 et Nouvel An 2023! pic.twitter.com/LgUtSQ8OC3
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) December 30, 2022