Abşeron elektrik yarımstansiyasının açılışı olub

Avqustun 9-da yenidən qurulan Abşeron yarımstansiyasının açılışı olub.

36 il əvvəl tikilən yarımstansiya istismar müddətini başa vurduğundan yenidən qurulub.

Yenidənqurma işləri zamanı yarımstansiyasının 500 və 330 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənib, yeni 220 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib.

Abşeron yarımstansiyası Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyaların əsas bazası hesab olunur.

Bundan öncə, avqustun 6-da Suraxanı yarımstansiyasının açılışı olub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx