Abşeron rayonunda yaşayış binasında baş verən yanğın tam olaraq söndürülüb. Bu barədə İnsanoid FHN-in mətbuat xidmətinə istinadən bu gün, 11 yanvar tarixində xəbər verir.
Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750 kv.m olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230 kv.m sahədə, ümumi sahəsi 830 kv.m olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600 kv.m sahədə yanıb.
Yanğının mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib.
Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
