Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib. Bu barədə APA 10 sentyabr tarixində xəbər verib.
Rayonun Məmmədli qəsəbəsində 31 yaşlı Elnur Əhmədov yaşadığı evdə özünü asıb. Yaxınları onu xilas edərək xəstəxanaya çatdırıb.
Hazırda E.Əhmədov xəstəxananın reanimasiya şöbəsindədir.
Onun vəziyyəti ağır kimi qiymətləndirilir.