Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 20 yanvar tarixində Report məlumat verib.

Bildirilib ki, yanvarın 19-u saat 7 radələrində rayonun Ceyranbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Sadıxov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini P.Abdullayevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx