TÖVSİYƏ XƏBƏRLƏR

Abşeronda fəhlə iş yerində ölüb

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı araşdırma aparılır. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 31 may tarixində xəbər verir.

Mayın 30-u saat 11:00 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 47 yaşlı Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx