TÖVSİYƏ XƏBƏRLƏR

Abşeronda gözəllik salonundan 20 min manatlıq lazer aparatları oğurlanıb

Abşeronda gözəllik salonunda oğurluq edən şəxslər saxlanılıblar. Bu barədə 15 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Belə ki, noyabrın 13-nə keçən gecə Saray qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 20 000 manat dəyərində 2 ədəd lazer aparatı oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir BayramovVüsal Hacıbəyov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.