Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 20 oktyabr tarixində xəbər verir.
Abşeron polisi qanunsuz olaraq odlu silah-sursat gəzdirən 31 yaşlı Digah qəsəbə sakini Qasımbala Balayevi saxlayıb.
Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Polis Bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.
