FHN aprelin 14-də Abşeron rayonu, Güzdək qəsəbəsində fərdi sahibkara məxsus daş karxanasında plan üzrə yoxlama aparıb.
Yoxlama zamanı karxanada insan həyatı üçün təhlükə yarada biləcək pozuntular aşkar edilib. Daşkəsən maşının təcili dayanma avadanlığının olmadığı müəyyən edilib.
Eləcə də karxananın kənarında yerləşən paylayıcı yarımstansiyanın ətrafında qoruyucu çəpərin olmaması da nöqsan olaraq qeyd edilib.
Pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib. Aşkar edilən pozuntular barədə akt tərtib olunaraq pozuntuların qısa müddətdə aradan qaldırılması üçün sahibkara təqdim edilib.