Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəmnində dava düşüb. Bu barədə APA 13 senyabr tarixində xəbər verib.
Qobu qəsəbəsi, Əliağa Vahid küçəsində 19 yaşlı Aynur Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onun anası Ruhiyyə bildirib ki, qızı Aynur iki aylıq hamilə imiş, o sosial şəbəkə vasitəsilə kuryerliklə məşğul olan Elçin adlı oğlanla tanış olub.
Daha sonra o yaşadığı evdə əri Alimlə mübahisə edərək Elçinin yanına, yəni Xırdalan şəhərinə gedib.
Alim Aynura məxsus mobil telefonda onun Elçinlə yazışmasını görüb və hiddətlənərək həyat yoldaşını bıçaqlayıb.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.