Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıblar. Bu barədə 4 fevral tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Eldar Raxmatulinin üzərindən və yaşadığı evdən 4 kiloqram 65 qram marixuana, 1 kiloqram 25 qram heroin və 403 qram psixotrop maddə metamfetamin aşkar edilib.
Masazır qəsəbəsində keçirilən əməliyyat zamanı saxlanılan, əvvəllər məhkum olunmuş Sənan Əzimovdan isə 490 qram marixuana və 1 ədəd “TOZ-8” modelli müvafiq sənədləri olmayan odlu yivli silah aşkar edilib.
Saxlanılan şəxslər ifadələrində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir.