TÖVSİYƏ XƏBƏRLƏR

Abşeronda qanunsuz tikili sökülüb

Abşeronda qanunsuz inşa edilən tikili sökülüb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün 1 sentyabr tarixində məlumat verir.

Abşeron rayonu, Məmmədli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti aparılması faktı aşkarlanıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Baş Dövlət Tikinti Müfəttişliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin iştirakı ilə qanunsuz tikili sökülüb.

Ərazi nəzarətə götürülüb.

Bundan başqa, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində də kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazəverici sənədləri olmadan inşa edilən fiziki şəxsə aid tikili agentliyin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx