TÖVSİYƏ XƏBƏRLƏR

Abşeronda qanunsuz tikililər sökülüb

Abşeronda qanunsuz tikililər sökülüb. Bu barədə 3 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi və Novxanı kəndi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.