TÖVSİYƏ XƏBƏRLƏR

Abşeronda yol qəzasında 1 nəfər xəsarət alıb – FOTO

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 12 sentyabr tarixində xəbər verir.

Novxanı-Mehdiabad yolunda “Chevrolet” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub. Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, 47 yaşlı Vurğun Həsənov 11.09.2023 tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Lazımı müayinələrdən keçirildikdən sonra xəstədə qabırğanın sınığı aşkarlanıb.

Hazırda Reanimasiya şöbəsində müayinə və müalicələri davam etdirilir, vəziyyəti stabil olaraq qalır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx