TÖVSİYƏ XƏBƏRLƏR

“Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb

“Abzas Media” saytının direktoru Ülvi Həsənli saxlanılıb. Bu barədə 20 noyabr tarixində APA sosial şəbəkələrə istinadən məlumat verib.

Qeyd olunub ki, o, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Abzas Media”nın ofisində vəkil Zibeydə Sadıqovanın iştirakı ilə axtarış aparıldığı deyilir.

Onun saxlanma səbəbi hələlik məlum deyil.