ADA Universitetində 2023-2024-cü tədris ili üçün magistr proqramlarına sənəd qəbulu başlayır. Bu barədə noyabrın 18-də Trend xəbər yayıb.
Magistratura proqramlarına sənəd qəbulu Azərbaycan vətəndaşları üçün 2023-cü il aprelin 1-i, xarici vətəndaşlar üçün isə iyunun 1-dək davam edəcək.
Proqramlar və qəbul şərtləri barədə ətraflı məlumat almaq istəyən namizədlər ADA Universitetinin veb səhifəsinə daxil ola (ada.edu.az/admissions), əlavə sualları yaranarsa, [email protected] e-mail ünvanına yaza və ya 0124373235 şəhər nömrəsinə zəng edə bilərlər.
Ötən ildən başlayaraq ADA Universitetində artıq ingilis dili ilə yanaşı, Azərbaycan dilində də tədris aparılır. Azərbaycan dilində tədris olunan Təhsil üzrə Menecment, Təlim və tədrisin təşkil və metodikası və Dövlət idarəetməsi proqramlarında dərslər modullarla və onlayn formada olmaqla Bakıda və ADA-nın Qazax mərkəzində keçirilir.