Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və nümayəndə heyəti sentyabrın 14-də Naxçıvana gəliblər. Bu barədə 14 sentyabr tarixində Report xəbər yayıb.
Səfər çərçivəsində Ədliyyə naziri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Həmçinin gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.