TÖVSİYƏ XƏBƏRLƏR

ADY: bölgələr üzrə hərəkət edən qatarların yoladüşmə vaxtı dəyişir

Payız-qış mövsümünün başlanması ilə əlaqədar oktyabrın 1-dən bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edilib. Bu barədə 18 sentyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Dəyişikliklərə əsasən, qatarlar mövcud qrafikdən daha erkən yola düşəcəklər.

Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da – ənənəvi qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qəbələ-Bakı marşrutu üzrə yenilənmiş hərəkət qrafikinə əsasən, sürətli sərnişin qatarı saat 19:00-da – ənənəvi qrafikdən 30 dəqiqə daha tez yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Bundan başqa, oktyabrın 1-dən etibarən Bakı-Ağstafa marşrutu üzrə ənənəvi qrafiklə (saat 08:45-də) hərəkət edən sürətli sərnişin qatarı Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacağından qatarın Ağstafaya çatma vaxtı saat 13:42-dən 13:46-ya dəyişdirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx