TÖVSİYƏ XƏBƏRLƏR

ADY sərnişinlərin xahişini nəzərə alıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edib. Bu barədə İnsanoid ADY-yə istinadən bu gün, 26 sentyabr tarixində məlumat verir.

Sərnişinlərin xahişini nəzərə alaraq, həmin sürət elektrik qatarı oktyabrın 1-dən etibarən Bakı Dəmiryol Vağzalından 45 dəqiqə tez, saat 23:00-da yola düşərək Sumqayıta saat 23:52-də çatacaq.

Bu, həm iş, həm də qeyri-iş günləri üçün nəzərdə tutulub.

Bu dəyişiklik payız-qış mövsümünə keçidlə əlaqədardır.