AFFA Qurban Qurbanovu 1 oyunluq cəzalandırıb. Bu barədə Report 27 sentyabr tarixində xəbər verib.
51 yaşlı baş məşqçi “Qələbə” ilə oyunda ikinci sarı vərəqəni alaraq, texniki zonadan qovulub.
“Qarabağ” buna görə 1000 manat məbləğində cərimələnib. Klubun müdafiəçisi Kevin Medina 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Kolumbiyalı futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb.
Sınaq müddəti 3 ay təyin edilib.