Ağcabədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Bu barədə 11 yanvar tarixində Report məlumat verib.
Belə ki, bu gün Ağcabədi rayonu ərazisində rayon sakinləri Ayxan Quliyev və İsa Cəfərovun idarə etdikləri müvafiq olaraq “Mercedes” və “Lada” markalı avtomobillər toqquşublar.
Nəticədə “Lada”nın sərnişini Rəşadət Abbasov ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.