Ağcabədi rayon sakinindən narkotik vasitələr aşkar olunaraq götürülüb. Bu haqda məlumatı İnsanoid bu gün, 23 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Y.Ələkbərovdan 28 qramdan artıq heroin, 21 qrama yaxın metamfetamin aşkar olunub. Onun evinə baxış zamanı isə oradan 495 qram marixuana, 205 qram heroin və 160 qram metamfetamin götürülüb.