TÖVSİYƏ XƏBƏRLƏR

Ağcabədi RPŞ əməliyyat keçirib: rayon sakinindən “Kalaşnikov” avtomatı götürülüb

Ağcabədi rayon sakinində silah-sursat aşkarlanıb. Bu haqda 23 mart tarixində Report məlumat verib.

RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Füzuli Atakişiyev tutulub. Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı “AK-74” markalı avtomat, həmin silaha məxsus sandıqça və 5,45 çaplı 10 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx