Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən avtomat aşkar edilib. Bu barədə 23 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Hüseyn Əhmədov saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri də aşkar edilərək götürülüb.
Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.