Ağdam: ANAMA əməkdaşı minaya düşüb

Ağdam rayon Baş Qərvənd kəndində avqustun 6-da ANAMA əməkdaşı minaya düşüb. Bu haqda Ağdam prokurorluğu məlumat verib.

Hadisə Ağdamda çəkilən yeni yolun ərazisində baş verib.

Əməkdaş piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib və məhkəmə-tibb ekspertizası təyin edilib.

İşğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində bu günə qədər 7 hərbi qulluqçu və 20 mülki şəxs həlak olub. 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx