DİN-dən verilən məlumata görə, avqustun 12-də Ağdamın Baharlı kəndində “Xaşxaş-2021” tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Kəndin iki sakini narkotik tərkibli bitkilərin yetişdirilməsində şübhəli bilinərək saxlanılıblar. Ümumi 3 kiloqram 880 qram olan qurudulmuş marixuana və yaş çəkisi 50 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 94 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Yevlaxda “Xaş-xaş 2021” tədbirləri nəticəsində Yuxarı Qarxun kənd ərazisində yaş çəkisi 52 kiloqrama yaxın olan 35 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
“Xaş-Xaş-2021” əməliyyatı nəticəsində 2021-ci ilin 1-ci yarımili ərzində ümumi çəkisi 140 tondan çox olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilmişdir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.