TÖVSİYƏ XƏBƏRLƏR

Ağdamda əkin sahəsində qədim qəbir aşkarlanıb – FOTO

Ağdamda əkin sahəsində qəbir aşkarlanıb. Bu barədə APA 14 noyabr tarixində xəbər verib.

Rayonun Mirəşelli kəndində, kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən böyük daş parçası çıxıb və sahədə məzar olduğu məlum olub.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Quliyev açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları əraziyə baxış keçirib.

Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid antik qəbirdir. Qəbirin uzunluğu 1.90 metr, eni 0.60 metrdir.