Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkarlanıb. Bu barədə 7 noyabr tarixində Baş Prokurorluq məlumat verib.
Qeyd olunub ki, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü aşkar olunub.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.