Ağdamda ekskavator minaya düşüb. Bu barədə Report 18 mart tarixində məlumat verib.
Bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində qeydə alınıb.
Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib.
Hadisə zamanı texnikaya ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.