Qeyri-qanuni erməni silahlıları Ağdam istiqamətində səngərlər qazmağa cəhd göstəriblər. Bu barədə İnsanoid Müdafiə Nazirliyinə istinadən bu gün, 11 sentyabr tarixində xəbər verir.
Sentyabrın 11-i saat 01:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.