Ağdamda süd məhsulları istehsal edən sex yanıb

Ağdamda süd məhsulları istehsal edən sex yanıb

Ağdam rayonunda süd məhsulları istehsal edən müəssisədə yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Rayonun Çəmənli kəndində süd məhsullarının istehsalı sexinin ərazisində ümumi sahəsi 45 kv.m olan talvarın altında hər birinin həcmi 200 litr olan 20 ədəd yağ çənindən 6 ədədi, 1 ədəd plastmasdan ibarət su çəni və 3 ədəd su nasosu yanıb.

Yanğın söndürülüb.

Yağ çənlərinin qalan hissəsi və talvar yanğından mühafizə olunub.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx