Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi son 2 ildə ermənilərin 258 dəfə atəşkəs rejimini pozması faktlarını qeydə alıb.
Bu barədə 22 sentyabr tarixində “Haber Global” xəbər verib.
2021-ci il yanvarın 30-dan işə başlayan mərkəz fəaliyyətini davam etdirir.
Mərkəz pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə müşahidələr həyata keçirir, atəşkəsin pozulması faktlarını qeydə alır. Həmçinin həmin faktlar sənədləşdirilir.