Yaxın zamanlarda Ağdamın Cümə və Qiyaslı məscidləri bərpa ediləcək. Bu haqda aprelin 21-də APA Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərliyə istinadən xəbər verib.
Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün Ev Muzeyi artıq bərpa edilib. Aşağı və Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində aparılan işlər isə davam edir.
Həmçinin Üzərliktəpədə aparılan arxeoloji işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası gözlənilir.