Ağdaş: narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb

Ağdaş: narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb

Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Bu barədə 24 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Belə ki, narkotiklərin satışında, saxlanılmasında və daşınmasında şübhəli bilinən 5 nəfər rayon sakini- Tural İsrafilov, Sənan Şükürov, Veyis Abdurəhmanov, Qadir Əliyev və Səftər Allahverdiyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx