TÖVSİYƏ XƏBƏRLƏR

Ağdaş rayonunun Qaradeyin kənd sakinləri Ailə Sağlamlıq Mərkəzinin vəziyyətindən şikayətlənirlər – FOTO

Ağdaş rayonunun Qaradeyin kənd Ailə Sağlamlıq Mərkəzi bərbad vəziyyətə düşüb. Bununla bağlı sakinlər şikayətlənirlər.

Bu barədə 18 yanvar tarixində Report məlumat verib.

Onların sözlərinə görə, uzun müddətdir Mərkəzin binasının dam örtüyündə qırıqlar, döşəməsində çürüklər, divarlarında isə çatlar əmələ gəlib. Eyni zamanda binanın qapı-pəncərəsi sınıb.

Sakinlər bildirib ki, yağış yağanda Mərkəzin otaqları su ilə dolur. Bununla yanaşı, kənddə mavi yanacaq olmadığından, eləcə də elektrik xətləri qəzalı olduğundan bina odun sobası ilə isidilir.

Kənd camaatı aidiyyəti şəxslərin hər dəfə yeni inzibati binanın tikiləcəyi ilə bağlı müxtəlif vədlər verdiklərini bildirir.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasından isə “Report”un yerli bürosuna bildirilib ki, Mərkəzin mövcud durumundan xəbərdardırlar. Həmçinin qeyd edilib ki, tibb ocağının binasının yaxın müddətdə təmir olunması nəzərdə tutulur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx