Ağdaş rayon sakini dava zamanı xəsarət alıb. Bu barədə noyabrın 17-də Oxu.Az məlumat yayıb.
Belə ki, 25 yaşlı Məhəmməd Nağıyev 24 yaşlı Əvəz Aslanovla aralarında yaranan mübahisə zamanı bıçaqla onun başından vurub.
İlkin məlumata görə, münaqişə borca görə baş verib.
DİN-dən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı zərərçəkən şikayət ərizəsi ilə polisə müraciət edib. Hazırda araşdırma aparılır.