Ağdaş rayonunda körpə uşaq yuyucu vasitə içərək zəhərlənib. Bu barədə 3 fevral tarixində Report məlumat verib.
Hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 2020-ci il təvəllüdlü N.Şirinzadə evdə olan zaman nəzarətsiz qalıb. Bu zaman körpə yuyucu vasitəni içib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
N.Şirinzadənin həyatını xilas etmək mümkün olub.
Hazırda körpənin vəziyyəti normaldır.