Ağdaş rayonunda qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 5 yanvar tarixində xəbər verir.
Əməliyyat zamanı əvvəllər də məhkum olunmuş rayon sakini Ağa Məmmədov saxlanılıb.
Üzərinə keçirilən baxış zamanı ondan “Naqan” markalı tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb. Ağa Məmmədov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını və üzərində daşıdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
