TÖVSİYƏ XƏBƏRLƏR

Ağdaşda “vzrıvpaketləri” satan şəxs saxlanılıb

Ağdaş rayonunda pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən şəxs saxlanılıb. Bu haqda bu gün, 31 dekabr tarixində Daxili İşlər Nazirliyin mətbuat xidməti məlumat verib.

Ayaz Həsənov istifadəsində olan “Mercedes” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan təxmini 4 min manat dəyərində külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.

Ayaz Həsənov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx