Ağgöl Milli Parkında brakonyerlər və mühafizəçilər arasında insident baş verib. Bu barədə oktyabrın 14-də Report xəbər yayıb.
Belə ki, ərazidə gecə saat 02:00 radələrində qanunsuz balıq ovlayan şəxslər aşkar edilib. Əməkdaşların tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb.
Hadisə zamanı xəsarət alan olmayıb və qanunu pozan bir nəfər saxlanılıb. Onun Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib.
Digər brakonyerin tapılması üçün mühafizə orqanına müraciət olunub.