Ağgöl Milli Parkında qanunsuz ov edənlər cəzalandırılıblar

Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barədə 20 yanvar tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.

Araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Zakir və Nadir Bədirovlar, Beyləqan rayon sakini Ərzullah Mirzəyev və Rusiya vətəndaşı Mirquseyn Babaev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx