TÖVSİYƏ XƏBƏRLƏR

Ağgöl və Şirvan milli parklarında iyulun 5-də açıq qapı günü olacaq

Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar iyulun 5-də orada “açıq qapı” günü olacaq. Bu barədə Report məlumat yayıb.

Ağgölü ziyarət edənlər milli parkın təbiəti ilə tanış olacaq, quşları və digər fauna növlərini müşahidə edə biləcəklər. Şirvanda isə ceyranlara baxmaq məqsədilə safari turunda iştirak etmək olar.

Qeyd edək ki, hər iki milli park 2003-cü ildə su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx