Ağstafada maskalı şəxs evə basqın edib. Bu haqda iyunun 7-də APA məlumat yayıb.
İnsident Nəriman Nərimanov küçəsində gecə saat 01:00 radələrində baş verib. Ev sahibi Pünhan Bayramova həmin şəxs tərəfindən bıçaqlanıb.
Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.