TÖVSİYƏ XƏBƏRLƏR

Ağstafada şirniyyat sexində sanitariya qaydalarına riayət edilmir

Ağstafadakı şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə İnsanoid Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən bu gün, 25 may tarixində məlumat verir.

Şəhərin Ü.Hacıbəyov küçəsi, ev 25 ünvanında fəaliyyət göstərən fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus şirniyyat sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Belə ki, istehsal zamanı məhsullarda etiketlənmənin həyata keçirilmədiyi, xammal və hazır məhsulun saxlanması və daşınması zamanı mal qonşuluğu və temperatur rejiminə riayət olunmadığı, məhsulların təhlükəsizlik göstəricilərinin mütəmadi yoxlanılmadığı, sanitariya qaydalarına riayət edilmədiyi, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Ağstafada şirniyyat sexində sanitariya qaydalarına riayət edilmir
Foto AQTA-nın rəsmi saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx