Ağstafanın sabiq icra başçısı 9 il azadlıqdan məhrum edilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Ağstafanın sabiq icra başçısı və müavininin cinayət işi üzrə məhkəmə prosesi avqustun 7-də başa çatıb.

Hökmə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə 2019-cu ilin dekabr ayında həbs olunublar.

Sözügedən şəxslərin xidməti otaqlarından ələ keçirilən vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx