Avqustun 4-də Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb. Yanğın Şamaxı rayonunun ərazisinə də keçib.
İlkin məlumata əsasən, təxminən 15 hektar sahədə quru ot və kol-kos yanıb. Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşını, canlı qüvvəsi və Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. Yanğınla mübarizəyə yerli sakinlər də qoşulub.
Daha öncə, avqustun 1-də Yardımlıda və avqustun 3-də Lənkəranda yanğın baş vermişdir. Hər iki yanğın artıq söndürülüb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.